- 10:29
Türkiyənin Afyonkarahisar yağan güclü qar bəzi fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, güclü qarla əlaqəli bəzi yollar təhlükəsizliyin təmin oluması məqsədilə nəqliyyatın hərəkətinə bağlanıb.
Nəqliyyat və İnfrastruktur Nazirliyi Uşak-Afyonkarahisar, Afyonkarahisar-Sandıklı və Afyonkarahisar-Ankara magistrallarından istifadə edən sürücülərə xəbərdarlıq edib.
Sözügedən yollara qar təmizləmə maşınları cəlb edilib.
Afyonkarahisarın 3 rayonunda güclü qara görə dərslər dayandırılıb.
Şəbnəm Mehdizadə