- 10:58
Türkiyənin Tokat vilayətində güclü yağış daşqınlara səbəb olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yağışdan sonra Tokat-Sivas avtomobil yolunda torpaq sürüşməsi baş verib. Dağdan yola daş və palçıq parçaları düşüb. Torpaq sürüşməsi ilə bağlı sürücülərə xəbərdarlıq edilib.
Tokatın Yazıcıoğlu məhəlləsində iki gün davam edən güclü yağışdan sonra yaşayış kompleksinin istinad divarı uçub.
İstinad divarının uçması nəticəsində bir avtomobil yoldan çıxaraq aşıb.
Əraziyə tibb və polis qrupları cəlb edilib.
Su səviyyəsi yüksələn Yeşilırmak çayının daşmasının qarşısını almaq üçün tədbirlər görülür.
Tokat valisi Abdullah Köklü yağışdan zərər çəkmiş ərazilərə baş çəkib.
Şəbnəm Mehdizadə