- 10:58
İsrailin baş naziri Benyamin Netanyahunun məhkəməsi təxirə salınıb.
E-huquq.az İsrailin dövlət televiziyasına istinadən məlumat verir ki, Netanyahunun ifadə verəcəyi dinləmə müdafiə tərəfinin tələbi ilə təxirə salınıb.
Netanyahunun vəkili Amit Həddadın gecə saatlarında təqdim etdiyi vəsatətdən sonra dinləmələr təxirə salınıb.
Təxirə salınma səbəbi ilə bağlı məlumat verilməyib.
Korrupsiya ittihamı ilə mühakimə olunan Netanyahunun bu gün hakim qarşısına çıxacağı gözlənilirdi.
Netanyahu ona qarşı açılmış üç korrupsiya işi ilə bağlı sonuncu dəfə aprelin 28-də olmaqla 81 dəfə hakim qarşısına çıxıb.
O, üç ayrı korrupsiya işi üzrə “rüşvətxorluq, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə mühakimə olunur.
ABŞ prezidenti Donald Tramp 2025-ci ilin noyabrında İsrail prezidenti İsaak Herzoqa məktub göndərərək korrupsiya ittihamı ilə üzləşən Netanyahunun əfv olunmasını istəyib.
Şəbnəm Mehdizadə