ABŞ-nin Yaxın Şərqdəki 16 bazasına zərər dəyib


  • 10:16

İranın hücumları nəticəsində ABŞ-nin Yaxın Şərqdəki ən azı 16 bazasına zərər dəyib.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, fevralın 28-dən bu yana İranın hücumları nəticəsində Yaxın Şərqdəki ən azı 16 ABŞ hərbi bazası müxtəlif dərəcədə zərər görüb, bəzi obyektlər yararsız hala düşüb.

O, həmçinin bildirir ki, İranın hücumları əsasən inkişaf etmiş radar sistemlərinə, rabitə infrastrukturuna, raketdən müdafiə vasitələrinə və regionda yerləşdirilən təyyarələrə yönəlib. İtkilər arasında İordaniyada ABŞ-ninmerikanın THAAD raket batareyalarına qoşulmuş radar sistemləri və Birləşmiş Ərəb Əmirliklərindəki bəzi obyektlərdəki radar sistemləri də var.

CNN həmçinin İranın Səudiyyə Ərəbistanındakı hava bazasına hücumu zamanı Amerikanın Boeing E-3 Sentry təyyarəsinin məhv edildiyini bildirib.

Pentaqon rəsmiləri ABŞ-nin İrana qarşı hücumlarının dəyərinin 25 milyard dollar dəyərində olduğunu bildirib.

Lakin ABŞ mediası İranla müharibənin ümumi dəyərinin ən azı 50 milyard dollar olduğunu iddia edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər