- 11:37
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə “Azadlıq əməliyyatı”na dəstək verəcəyini açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyata 15 min hərbçi cəlb olunacaq.
Missiya beynəlxalq ticarət üçün vacib olan bu dəhlizdə gəmilərin sərbəst hərəkətinə dəstək verməyə yönəlib. Əməliyyata 100-dən çox quru və dəniz nəqliyyat vasitəsii cəlb ediləcək.
Komandanlığın rəhbəri, admiral Bred Kuper bildirib ki, bu addım regional təhlükəsizlik və qlobal iqtisadiyyat baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, rəsmi Vaşinqton Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan ölkələrin gəmilərinə dəstək göstərəcək. Onun sözlərinə görə, məqsəd həmin gəmilərin boğazdan təhlükəsiz və maneəsiz keçidini təmin etməkdir.
Şəbnəm Mehdizadə