- 11:37
Hörmüz boğazında neft tankerinə hücum olub.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, BƏƏ-nin Fucayra şəhərindən təxminən 145 kilometr (78 dəniz mili) şimalında bir neft tankeri vurulub.
Açıqlamada ekipajın zərər çəkmədiyi və hadisə ilə bağlı araşdırma aparıldığı qeyd edilib.
Bəyanatda ərazidə olan gəmilərə ehtiyatlı olmaq barəədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə