- 11:37
"ABŞ-nin Hörmüz boğazında dəniz qaydalarına müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.
İran rəsmisi bildirib ki, Hörmüz boğazı və Fars körfəzi Trampın aldadıcı yazıları ilə idarə oluna bilməz.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ticarət gəmilərinin Hörmüz boğazından keçməsini asanlaşdırmaq üçün bu gün başlayacaq "Azadlıq əməliyyatı"na dəstək verməyə başlayacağını və prosesə 15 min hərbçinin cəlb olunacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp da bu gündən etibarən Hörmüz boğazında qapalı qalan və Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan neytral ölkələrin gəmilərinə yardım etməyə başlayacaqlarını açıqlayıb.
Şəbnəm Mehdizadə