- 10:58
Türkiyənin Uşak vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Uşak-İzmir avtomobil yolunun Ürünköy yaxınlığından keçən hissəsində sərnişin avtobusu və 6 avtomobil toqquşub.
Hadisə yerinə çoxlu sayda tibb, polis və jandarma qrupları göndərilib.
Qəza nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.
Uşak valisi Serdar Kartal bəzi yaralılara da baş çəkib və onlara şəfa diləyib, ölənlərin yaxınlarına başsağlığı verib.
Şəbnəm Mehdizadə