- 15:22
“İran Rusiya və Çinlə əlaqələri daha da gücləndirməkdə qərarlıdır”.
E-huquq.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai həftəlik brifinq zamanı deyib.
“Hər iki ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridi, beynəlxalq və regional arenada cərəyan edən hadisələrdə çox mühüm rol oynayırlar. Təbii ki, biz bu ölkələrlə əlaqələri gücləndirməkdə qərarlıyıq”, - Baqai bildirib.
O, həmçinin deyib ki, İran Yaxın Şərq məsələlərində Rusiya və Çinlə məsləhətləşir və onlarla daim təmasdadır.
Humay Eminqızı