- 15:22
Polşa ABŞ ilə ölkədəki Amerika hərbi kontingentinin artırılması imkanları barədə danışıqlar aparır.
E-huquq.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski “RMF24” radiostansiyasının efirində bildirib.
Zalevski, həmçinin bildirib ki, Polşa tərəfində niyyətlər dəyişməz olaraq qalır. Bu Amerika potensialının, xüsusən də NATO-nun şərq cinahında gücləndirilməsidir.
Qeyd edək ki, hazırda Polşada təxminən 10 000 ABŞ əsgəri var.
Humay Eminqızı