- 16:16
“İran ABŞ-nin istənilən mümkün hərbi əməliyyatına tam hazırdır”.
E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
“Amerikalılar bilirlər ki, Tehran özünün qorxudulmasına imkan verməyəcək”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, həmçinin ABŞ gəmilərinin atəşə tutulmasından əlavə, İran zərurət yaranacağı halda həyata keçiriləcək digər fəaliyyət planları da hazırlayıb.
Humay Eminqızı