- 16:16
"Biz ilk dəfə deyil ki, təhdidlə üzləşirik".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sözçüsü Tomas Regnier cümə günü ABŞ prezidenti Donald Tramp ticarət razılaşmasına əməl edilmədiyini əsas gətirərək Aİ-dən gələn minik və yük maşınlarına tarif dərəcəsinin 25 faizə qaldırılacağına dair verdiyi açıqlamaya münasibət bildirərkən söyləyib.
O təhdidlərə qarşı bütün variantların amsada olduğunu qeyd edib.
Hər hansı təhdidlərin artmasının tərəfdarı olmadıqlarını ifadə edən Regnier, Avropa İttifaqının (Aİ) ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç mayın 5-də Parisdə ABŞ Ticarət Nümayəndəsi Jamieson Greer ilə görüşəcəyini xatırladıb.
Razılaşmaya əsasən, Aİ ölkələri ABŞ məhsullarına rüsum tətbiq etməməyi, ABŞ isə Aİ məhsullarına 15% rüsum tətbiq etməyə razılaşıb.
Şəbnəm Mehdizadə