- 16:08
Ermənistan və Böyük Britaniya ölkələr arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Nikol Paşinyan özünün “X” hesabında məlumat yazıb.
“Biz Ermənistan ilə Birləşmiş Krallıq arasında ortaq dəyərlərə əsaslanan və gücləndirilmiş əməkdaşlıq üzərində qurulan münasibətlərdə yeni və ümidverici bir səhifə açırıq”, - Paşinyan bildirib.
Humay Eminqızı