Güclü yağışdan sonra binanın istinad divarı uçub, sakinlər təxliyə edilib


  • 5 May 11:40

Türkiyənin Nevşehir vilayətində güclü yağış fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Nevşehirin Esentepe məhəlləsində güclü yağışdan sonra tikinti sahəsinin istinad divarı uçub.

Hadisə nəticəsində divarın yaxınlıqdakı binadakı mənzillərə zərər dəyib.

Əraziyə polis, tibb qrupları və xilasedicilər cəlb edilib.

Üçmərtəbəli yaşayış binası və özəl uşaq bağçası təxliyyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər