Məzmuna keç

Antalyada anbarda güclü yanğın baş verdi

Türkiyənin Antalya şəhərində anbarda güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Antalyanın Serik rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki anbarda naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə xilasetmə və polis qrupları cəlb edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Anbarda olan məhsullar yanğın nəticəsində yararsız hala düşüb.

Şəbnəm Mehdizadə