- 08:39
Türkiyənin 4 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu terror təşkilatı ilə əlaqəli olan bir qrup şəxs haqqında araşdırma aparıb.
İstintaq çərçivəsində İstanbul, Antalya, Çanaqqala və Samsunda 17 ünvanda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı 25 şübhəli saxlanılıb.
Şübhəlilər polis bölməsinə gətirilib.
Şəbnəm Mehdizadə