- 08:39
Çinin cənubundakı Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində 26 nəfər ölüb, 61 nəfər yaralanıb.
E-huquq.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, dünən axşam saatlarında "Huasheng Fireworks" şirkətinin əyalətin paytaxtı Çanşa şəhərində yerləşən fabrikində partlayış baş verib.
Çanşa meri Çen Bozhang keçirdiyi mətbuat konfransında partlayış nəticəsində fabrikdə 26 fəhlənin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.
O, partlayışdan sonra əraziyə yanğınsöndürmə, və tibb qruplarından göndərildiyini bildirib.
Axtarış-xilasetmə əməliyyatlarının böyük qismi tamamlanıb.
Yaralılardan altısının vəziyyəti ağırdır.
Şəbnəm Mehdizadə