- 15:04
İspaniya Hörmüz boğazında hər hansı hərbi əməliyyatda iştirakının mümkünlüyünü istisna edir.
E-huquq.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares “TVE” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin hərbi yolla həlli yoxdur. Danışıqlar masasına geri dönmək lazımdı.
O bildirib ki, Diplomatiyadan başqa həll yolu yoxdur. Hazırda BMT bayrağı altında əməliyyat üçün minimum şərtlər mövcud deyil.
“Biz hər hansı bir hərbi əməliyyatda iştirakı və eskalasiyaya səbəb ola biləcək istənilən addımları tamamilə istisna edirik”, - nazir bildirib.
Humay Eminqızı