- 15:04
Ermənistan-Avropa İttifaqının (Aİ) birinci sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Avropa İttifaqına qəbul olunmaqdan məmnun olar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Ermənistan-Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bunu tarixi hadisə adlandırıb.
Paşinyan onu da xatırladıb ki, 2025-ci ildə Ermənistan vətəndaş cəmiyyətinin təşəbbüsü ilə Aİ-yə daxil olmaq haqqında qanun qəbul edib.
“Hesab edirəm ki, bu, bizim üçün demokratik və ümumiyyətlə, institusional islahatlara yeni təkan vermək üçün yaxşı və əlavə stimuldur ki, Ermənistan tezliklə Avropa standartlarına cavab verən ölkə statusunu əldə edə bilsin. Bu, bizim əsas məqsədimizdir, çünki biz başa düşürük ki, heç bir ölkə bu standartlara cavab vermədən Aİ-nin tamhüquqlu üzvü ola bilməz. Əgər biz Aİ-nin tamhüquqlu üzvü kimi qəbul edilsək, sevinəcəyik və xoşbəxt olacağıq. Əks halda biz yenə də qalib mövqedə olacağıq, çünki Ermənistan Respublikası Avropa standartlarına cavab verən ölkə olacaq”, - Baş nazir deyib.
Humay Eminqızı