- 14:57
ABŞ prezidenti Donald Trump Hörmüz boğazında baş verən insidentlər və BƏƏ-nin atəşə tutulmasından sonra ABŞ ilə İran arasında atəşkəs rejiminin qüvvədə qalıb-qalmadığı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı radio aparıcısı Hugh Hewitt prezidentdən atəşkəsin başa çatdığını və ABŞ-nin İslam Respublikasına yeni zərbələr endirib-edməyəcəyini soruşub.
"Bunu sizə deyə bilmərəm. Əgər bu suala cavab versəydim, siz deyərdiniz ki, mən ABŞ-yə rəhbərlik edəcək qədər ağıllı deyiləm", - suala cavabında Tramp bildirib.
Humay Eminqızı