ABŞ-İran münaqişəsi qlobal aviasiya sektorunda ciddi böhrana səbəb olub


  • 16:39

ABŞ-İran münaqişəsi nəticəsində təyyarə yanacağının qiyməti iki dəfə artıb və qlobal aviasiya sektorunda ciddi böhrana səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox zərər çəkən ABŞ-nin aşağı büdcəli hava yolu şirkəti "Spirit Airlines" olub.

Şirkət iflas prosesindən çıxa bilmədiyi üçün bütün uçuşlarını dayandırıb. Kreditorları ilə razılığa gələ bilməyən "Spirit Airlines" Tramp administrasiyasından gözlədiyi 500 milyon dollarlıq yardım paketinin ləğvi ilə fəaliyyətini dayandırıb.

"United Airlines" biletlərin qiymətini 20%, "Lufthansa Group" isə yanacağa qənaət üçün yaxın altı ayda 20 min uçuşu ləğv etməyi planlaşdırır. "Air France-KLM" uzun məsafəli uçuşlara əlavə 50 avro tətbiq edib, KLM isə 150 gəlirsiz Avropa uçuşunu ləğv edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər