Abbas Əraqçi Çinə səfər edəcək


  • 16:46

İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əraqçi müxtəlif ölkələrlə davam edən diplomatik məsləhətləşmələr çərçivəsində bu gün Çinin paytaxtı Pekinə səfər edəcək.

XİN başçısı səfəri zamanı çinli həmkarı Vanq Yi ilə görüşəcək. Nazirlər Tehran və Pekin münasibətləri, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər