Bursada mebel fabrikində güclü yanğın olub


  • 16:50

Türkiyənin Bursa şəhərində mebel fabrikində güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda yerləşən mebel fabrikinin yeməkxanasında naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilib.

Qruplar qısa müddətdə yanğını nəzarətə götürüb.

Yanğının elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir.

Hadisə nəticəsində yeməkxanaya ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər