- 17:49
Filippində Kanlaon dağında vulkan püskürüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, Neqros adasındakı Kanlaon dağında səhər saatlarında baş verən püskürmə nəticəsində yaranan kül və tüstü təxminən 800 metr yüksəkliyə qalxıb.
Vulkanın 2-ci həyəcan səviyyəsində olduğunu bildirilib.
Bu səviyyə vulkanik fəaliyyətin davam etdiyini və püskürmə ehtimalını göstərir.
Əhaliyə vulkanın ətrafında müəyyən edilmiş 4 kilometrlik təhlükəli zonaya girməmək barədə xəbərdarlıq edilib.
Yaxınlıqdakı yaşayış məntəqələrində də ehtiyat tədbirləri gücləndirilib.
Şəbnəm Mehdizadə