Qanunsuz Həcc ziyarətinə cəhd edən 5 nəfər saxlanıldı


  • 17:02

Səudiyyə Ərəbistanında qanunsuz Həcc ziyarəti üçün Məkkəyə girməyə çalışan 5 nəfər polis tərəfindən saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dronlar vasitəsilə lentə alınıb. Polis Məkkəyə vizasız və Həcc icazəsi olmadan daxil olmağa cəhd edən şəxsləri saxlayıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Yalnız əvvəlcədən yazılı icazə alan şəxslərə girişə icazə verilir. Nəzarət-buraxılış məntəqələrində yoxlamalar aparılır.

Rəsmilər ziyarətçiləri qanuni qaydalara əməl etməyə çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər