BMT: 1 milyondan çox livanlı didərgin düşüb


  • 17:36

İsrail atəşkəsə baxmayaraq hücumlarını davam etdirdiyi üçün Livanda daha çox insan evlərini tərk etmək məcburiyyətində qalır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Livandakı nümayəndəsi Karolina Lindholm Billinq söyləyib.

Billinq bildirib ki, İsrailin davam edən hücumları, bombardmanları, evakuasiya əmrləri və müəyyən ərazilərə qayıtmağa qoyulan qadağalar yerdəyişmələrə və sürətlə artan humanitar ehtiyaclara səbəb olur.

O, Livanın cənubunda və Bekaa vadisinin bəzi bölgələrində qalan mülki əhalinin qorxu içində yaşadıqlarını və daha çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını deyib.

"Aprelin 17-dən bəri elan edilmiş atəşkəsdən sonra belə azı 380 nəfər həyatını itirib. Bir çox köçkünlərin İsrail ordusunun nəzarətində olan ərazilərə qayıtmasına belə icazə verilmir. Bütün köçkünlər öz evlərinə qayıtmaq arzusundadırlar və minlərlə ailə atəşkəsdən bəri bunu etməyə çalışıb. Məhəllələr təhlükəsiz deyil və əsas xidmətlər yoxdur" - deyə Billinq əlavə edib.

BMT rəsmisinin sözlərinə görə, 310 mindən çox suriyalı Livandan Suriyaya keçmək məcburiyyətində qalıb, 1 milyondan çox livanlı məcburi köçkün vəziyyətinə düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər