Makron Pezeşkiana zəng edəcək


  • 17:55

Fransa prezidenti Emmanuel Makron İran prezidenti Məsud Pezeşkiana yenidən zəng edərək Yaxın Şərqdəki vəziyyəti, eləcə də Hörmüz boğazında gəmiçiliklə bağlı müzakirələr aparmaq niyyətindədir.

E-huquq.az xəbər verir ki, bu barədə Makron Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verirb.

“Mən onun xahişi ilə tezliklə İran prezidenti ilə danışmaq niyyətindəyəm”, - Makron deyib.

O, iranlı həmkarı ilə nə müzakirə etməyi planlaşdırdığı barədə jurnalistlərə ətraflı məlumat verməyəcəyini vurğulayıb.

Makron əlavə edib ki, o, ticarət gəmilərinə və üçüncü ölkələrə qarşı hər hansı hücumu müharibəyə qızışdıran və eskalasiyaya səbəb olan səhv hesab edir.

Humay Eminqızı

Oxşar xəbərlər