Pentaqon: ABŞ-nin İranın dəniz limanlarına tətbiq etdiyi blokada davam edir


  • 17:58

ABŞ-nin İrana qarşı hərbi dəniz blokadası gəmilərin boğazdan təhlükəsiz keçməsini təmin etmək məqsədi daşıyan Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatının başlamasına baxmayaraq, tam qüvvədə qalır.

E-huquq.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

“Amerika esminesləri İran istisna olmaqla, mülki ticarət gəmilərini 24/7 nəzarətdə saxlayan yüzlərlə döyüş təyyarəsi, helikopter, dron və kəşfiyyat təyyarələrinin dəstəyi ilə öz mövqelərindədir. Buna görə də blokadamız tam qüvvədə qalır”, - Pentaqon rəhbəri deyib .

Humay Eminqızı

Oxşar xəbərlər