- 23:39
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 37 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Bu, idarə olunan aviabombalarla şəhərin mülki infrastrukturuna endirilən zərbələr idi. Bu, hər hansı bir hərbi mənası olmayan terror zərbəsidir. Rusiyanın şəhər və kəndlərimizə zərbələri bir gün də olsun kəsilmir. Təkcə bu zərbə artıq 12 can alıb", - o yazıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri həmçinin mayın 5-i axşam saatlarında Dneprə zərbə endirib, ilkin məlumatlara görə, dörd nəfər ölüb.