- 01:03
"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman deyirdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bu, hüquqşünasların məsuliyyətini ifadə edir".
E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi müavini Mirəli Kazımov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadasının açılış mərasiminə deyib.
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş 44 günlük Vətən müharibəsi qələbəsi hüququn və ədalətin bərpasını təmin edib və bu, ölkəyə geniş imkanlar yaradıb. "Bu gün Qarabağ Universitetinin tələbələri burada iştirak edir. Bu, xalqımızın qələbəsi deməkdir".
Rəis müavini deyib ki, bugünkü olimpiada gənclərin hüquqi məntiqini və analitik düşüncəsini nümayiş etdirən platformadır.
"Hüquqşünas ədalətin yanında olmağı bacarmalıdır", - deyə Mirəli Kazımov vurğulayıb.
Şəbnəm Mehdizadə