İsveçrədə bir nəfərdə hantavirus aşkarlanıb


  • 16:28

İsveçrədə hantavirus diaqnozu qoyulmuş xəstə xəstəxanaya yerləşdirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal İctimai Səhiyyə İdarəsi (FOPH) məlumat yayıb.

Hantavirusa yoluxmuş bir xəstənin Sürix Universitet Xəstəxanasında müalicə olunduğunu bildirilib.

Aparılan testin hantavirus infeksiyasını təsdiqlədiyi və xəstəyə Cənubi Amerikada geniş yayılmış hantavirusun bir variantı olan Andes virusu diaqnozu qoyulduğu bildirilib.

Qeyd edək ki, hantavirus əsasən gəmiricilər tərəfindən ötürülən bir xəstəlik kimi tanınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər