Sinqapurda şagirdlərə qarşı dəyənək cəzası tətbiq olunacaq


  • 16:44

Sinqapur parlamentində müzakirə edilən yeni qaydalara əsasən, kiberzorakılıq da daxil olmaqla başqalarına zorakılıq göstərən oğlan şagirdlər "son çarə" olaraq dəyənək cəzası ilə üzləşə biləcəklər.

E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin təhsil naziri Desmond Li bildirib ki, dəyənək cəzası yalnız zorakılığın şiddəti nəzərə alınaraq və bütün digər tədbirlərin yetərsiz olduğu sübut edildikdə tətbiq olunacaq.

Nazir, həmçinin vurğulayıb ki, cəza yalnız məktəb direktoru tərəfindən təsdiqləndikdən sonra səlahiyyətli müəllimlər tərəfindən icra edilməlidir. Məktəblər şagirdin yetkinliyini və cəzanın onlara davranışlarını təkmilləşdirməyə kömək edib-etməyəcəyini nəzərə almalıdır.

Yeni qayda, ötən il ölkədə diqqət çəkən bir neçə ciddi məktəb zorakılığı hadisəsinin ardınca aparılmış bir illik araşdırmanın nəticəsi olaraq təqdim olunub.

Dəyənək cəzası yalnız doqquz yaş və yuxarı oğlan şagirdlərə şamil ediləcək. Qadın şagirdlər üçün isə fiziki cəza cinayət məcəlləsi ilə qadağan olunduğundan, onlar həbslə, məktəbdən kənarlaşdırılma və ya davranış qiymətlərinin silinməsi kimi digər sanksiyalarla üzləşəcəklər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər