- 17:46
ABŞ-də antidepressant istifadəsini azaltmaq üçün kampaniyaya başlanılıb.
E-huquq.az xarici KİV-ə istindən xəbər verir ki, bu barədə ABŞ Səhiyyə Naziri Robert F. Kennedi məlumat verib.
"Bu gün, xüsusən də uşaqlar arasında psixiatrik dərmanların həddindən artıq istifadəsini nəzarət altına almaqla, millətimizin ruhi sağlamlıq böhranına qarşı aydın və qətiyyətli bir addım atırıq", - deyə o bildirib.
Kennedi bildirdi ki, bu təşəbbüsün bir hissəsi olaraq, Psixiatrik maddə asılılığı və ruhi sağlamlıq xidmətləri idarəsi dərman təyin etmə tendensiyaları haqqında hesabat yayımlayacaq.
O, həmçinin deyib ki, bu təşəbbüs şəffaflığı və ruhi sağlamlığa daha vahid yanaşmanı təşviq edəcək.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatlarına görə, 2020-ci ildə ölkədə yetkinlik yaşına çatanların 16,5 faizi psixi sağlamlıq problemləri üçün psixiatrik dərmanlardan istifadə edib.
Şəbnəm Mehdizadə