- 16:43
Rusiyanın Yekaterinburq şəhərinin Umeltsev küçəsində yerləşən məktəbin idman zalının damı qismən çöküb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə çökmə 400 kvadratmetr ərazini əhatə edib.
Çökmə zamanı binada insanların olub-olmaması müəyyənləşdirilir.
Hadisədən sonra 97 nəfər təxliyə edilib.
Humay Eminqızı