“Al Arabiya”: ABŞ və İran müharibəyə son qoymaq üçün saziş imzalamağa yaxındır


  • 17:24

ABŞ və İran Fars körfəzində hərbi əməliyyatların dayandırılmasına yönəlmiş ilkin razılaşmanı imzalamağa yaxındır.

E-huquq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırlanmaqda olan sənəd bütün düşmənçilik fəaliyyətlərinin dayandırılması və gələcək danışıqlar mərhələlərinin keçirilməsi üçün qrafik müəyyən edir.

Telekanal həmçinin vurğulayır ki, bu yaxınlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff ilə İran rəsmiləri arasında dolayı danışıqlar da baş tutub.

Müqavilə layihəsi müharibənin tam dayandırılmasını və Hörmüz boğazının beynəlxalq naviqasiya üçün açılmasını, eləcə də uranın zənginləşdirilməsi və dondurulmuş İran aktivlərinin sərbəst buraxılması ilə bağlı müddəaları özündə əks etdirir.

Humay Eminqızı

Oxşar xəbərlər