“The Washington Post”: İran ABŞ-nin azı 228 hərbi obyektinə ziyan vurub


  • 17:29

İran Yaxın Şərqdə ABŞ-nin azı 228 hərbi obyektini zədələyib və ya məhv edib.

E-huquq.az xəbər verir ki, bu barədə İran tərəfindən yayımlanan peykdən çəkilmiş görüntüləri təhlil edən “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri dəymiş ziyanın həqiqi ölçüsünü etiraf etmirlər.

İranın hava hücumları anqarlara, kazarmalara, yanacaq anbarlarına, radarlara, rabitə sistemlərinə və hava hücumundan müdafiə vasitələrinə endirilib.

Məlumata görə, hava hücumları təhlükəsi səbəbindən ABŞ bölgədəki bazalarını tam şəkildə işlədə bilmir. Əməliyyatın əvvəlində şəxsi heyətin əksəriyyəti İran raketlərinin təsir dairəsindən kənarda olan başqa obyektlərə köçürülüb.

Qəzetə danışan ekspertlər hesab edirlər ki, ABŞ ordusu İranın zərbə sistemlərini hədəfə almaq qabiliyyətini düzgün qiymətləndirməyib, müasir dronlardan müdafiəyə uyğunlaşa bilməyib və bir sıra bazaları lazımi səviyyədə qoruya bilməyib.

Bildirilib ki, Amerikanın peyk çəkilişləri şirkətləri “Vantor” və “Planet”, hökumətin tələbi ilə ABŞ-nin İrandakı əməliyyatı zamanı çəkilmiş bölgənin görüntülərinə girişi məhdudlaşdırıb.

Humay Eminqızı

Oxşar xəbərlər