Tramp: Son 24 saatda İranla çox yaxşı danışıqlar aparmışıq


  • 00:17

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında son 24 saat ərzində çox yaxşı danışıqlar aparıldığını bildirib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Son 24 saatda çox yaxşı danışıqlar apardıq və razılığa gəlmək ehtimalı çox yüksəkdir”, – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Vaşinqton istədiyini əldə etməlidir.

“Əgər bu baş verməsə, böyük addım atmalı olacağıq”, – deyə o vurğulayıb.

Trampın sözlərinə görə, Tehran da razılaşma əldə etmək istəyir.

Oxşar xəbərlər