İstanbulda 11 İŞİD terrorçusu saxlanılıb


  • 13:22

Türkiyənin istanbul şəhərində İŞİD terrror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis terror təşkilatının fəaliyyətinin qarşısının alınması və ifşası üçün əməliyyat keçirib.

Araşdırmalar zamanı terror təşkilatı ilə əlaqəsi olan və sosial media kanalları vasitəsilə təbliğat aparan şübhəlilərin şəxsiyyətləri və ünvanları müəyyən edilib.

Müəyyən edilən ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatda 11 şübhəli nəzarətə götürülüb.

Şübhəlilər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər