Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib


  • 13:29

Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Malatya Baş Prokurorluğu və polis tərəfindən FETÖ silahlı terror təşkilatının fəaliyyətinin ifşası və qarşısının alınması məqsədilə araşdırmalar aparılıb.

Mərkəzi Malatya olmaqla Adana, Ankara, Batman, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kilis, Konya, Mardin, Ordu, Osmaniye, Şanlıurfa və Trabzon vilayətlərində keçriliən əməliyyatlarda 23 şübhəli saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər