Özünü 12 yaş gənc göstərib məktəbə getdi - Həbs olundu


  • 13:36

ABŞ-nin Nyu-York şəhərində maraqlı hadisə baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York məktəblərinin birində qeydiyyatdan keçən və şagird olduğunu iddia edən 28 yaşlı qadın saxlanılıb.

Nyu-Yorkdan polisinin verdiyi məlumata görə, 28 yaşlı Kasi Klaassen aprelin 13-də Bronks liseyində Shamara Rashad adı ilə qeydiyyatdan keçib və 16 yaşında olduğunu iddia edib.

Məktəb direktoru Klaassenin sosial media hesabında qadının əsl adını və yaşını öyrənib.

Qadın əməlini inkar etdiyi üçün direktor sosial media hesabının ekran görüntüsünü qadına göstərib. Yalnız bundan sonra "şagird" əməlini etiraf edib.

Lisey şagirdi kimi özünü göstərərək iki həftə məktəbə gedən qadın icma xidmətindən daha çox faydalana bilməsi üçün bu addımı atdığını deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər