İran Cənubi Koreyanın neft tankerinə hücum etməsi ilə bağlı iddiaları rədd edib


  • 14:05

İran Hörmüz boğazında Cənubi Koreyaya məxsus neft tankerinə hücum etməsi ilə bağlı iddiaları rədd edib.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Seulda yerləşən səfirliyi bu barədə məlumat yayıb.

"İran Silahlı Qüvvələrinin Hörmüz boğazında Koreya bayraqlı gəmiyə ziyan vurmaqda iştirak etdiyinə dair hər hansı iddianı qəti şəkildə rədd edir və təkzib edirik" - məlumatda bildirilib.

Bəyanatda ABŞ-nin hərəkətləri ilə Hörmüz boğazında dəniz təhlükəsizliyi şərtlərinin dəyişdiyi qeyd edilib.

Həmçinin ərazidən tranzit keçən gəmilərə müəyyən edilmiş qaydalara əməl etməli və İran rəsmiləri ilə koordinasiyalı şəkildə hərəkət etməli olduqları xatırladılıb.

Bəyanatda qeyd olunub ki, bu cür hadisələr zamanı baş verə biləcək hər hansı insident üçün əlaqədar tərəflər məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, Cənubi Koreyaya məxsus “HMM Namu” yük gəmisinin mayın 4-də Hörmüz boğazında obyektlə vurulduğu açıqlanıb. Hücumun Hörmüz boğazına nəzarət edən İran tərəfindən həyata keçirildiyi iddia edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər