Hantavirusə görə stüardessa karantinə alındı


  • 14:31

Cənubi Afrikada hantavirusdan ölən holland sərnişinlə təmasda olan stüardessa virusa yoluxma şübhəsi ilə Amsterdamda karantinə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın KLM aviaşirkətində işləyən stüardessa hantavirus infeksiyası şübhəsi ilə Amsterdam UMC Xəstəxanasına yerləşdirilib.

Haarlemdə yaşayan stüardessanın 2026-cı il aprelin 25-də Yohannesburqda təyyarəyə minməyə cəhd edən, lakin səhhətinə görə təyyarəyə buraxılmayan 69 yaşlı hollandiyalı qadınla təmasda olduğu müəyyən edilib.

Sərnişinin ertəsi gün ölümündən sonra onunla təmasda olan stüardessa da müşahidə altına alınıb.

Hazırda yüngül simptomlar göstərən stüardessa təcrid olunmuş vəziyyətdə sınaqdan keçirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər