Qəzzada ölənlərin sayı açıqlandı


  • 14:35

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 628 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində Qəzzada 9 ölü, 39 yaralı xəstəxanalara çatdırılıb.

2025-ci il oktyabrın 10-da atəşkəsin qüvvəyə mindiyi gündən İsrailin Qəzzaya hücumları nəticəsində 846 nəfər həlak olub, 2418 nəfər yaralanıb, dağıntılar altından 769 cəsəd çıxarılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər