XİN rəsmisi: "İslamabad ABŞ və İran arasında gedən prosesləri diqqətlə izləyir"


  • 14:37

"ABŞ və İran arasında tezliklə bir razılaşma imzalanacağını gözləyirik".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hossein Andrabi söyləyib.

Andrabi bildirib ki, rəsmi İslamabad tərəflər arasında gedən prosesləri diqqətlə izləyir.

ABŞ və İran arasında razılaşmanın əldə olunması ilə bağlı nikbinliyini ifadə edən Andrabi, Pakistanın iki ölkə arasında gərginliyin dialoq və diplomatiya yolu ilə həllinə dəstəyini vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər