- 15:45
İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İranın dəniz blokadasını yumşaltmaq barədə razılığa gəliblər.
E-huquq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda bu məsələ ilə bağlı intensiv təmaslar davam edir və yaxın saatlarda boğazda gəmilərlə bağlı problemin həllində irəliləyiş gözlənilir.
Eyni zamanda, telekanal bildirib ki, hazırda İran və ABŞ arasında birbaşa görüşlərin keçirilməsi ilə bağlı heç bir razılaşma yoxdur. Əlaqələr vasitəçilər yolu ilə həyata keçirilməkdə davam edir.
Humay Eminqızı