Zaxarova: "London Kiyevə münaqişəni danışıqlar yolu ilə həll etmək şansı vermir"


  • 15:45

Britaniyalı siyasi xadimlər faktiki olaraq Kiyev rejiminə Ukrayna münaqişəsindən danışıqlar yolu ilə çıxmaq şansı vermirlər.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, London böhranın nizamlanmasında maraqlı deyil və qan tökülməsinin uzanması üçün mümkün olan hər şeyi edir.

Zaxarova bildirib ki, onlar öz gücləri, siyasətləri, müəyyən proseslərə təsir imkanları ilə Kiyev rejiminə münaqişəni danışıqlar yolu ilə həll etmək şansını qoymur.

“İngilislərin Ukrayna istiqamətindəki hərəkətləri açıq şəkildə yırtıcı və eqoist niyyətləri ört-basdır edən, hərbi əməliyyatları davam etdirmək üçün kinli təhrikdən başqa bir şey deyil”, - XİN-in rəsmi nümayəndəsi deyib.

“Onlar Ukrayna xalqının əzablarını uzadırlar. Sözlə demokratiyaya və Ukraynanın gələcəyinə guya dəstək verdiklərini deyirlər, amma əslində sadəcə vaxtı uzadırlar ki, ümumiyyətlə Ukraynanı məhv etsinlər və sonra ondan qalanlara sahib olsunlar”, - Zaxarova bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər