Məzmuna keç

Türkiyədə biznes mərkəzində güclü yanğın baş verib

Türkiyənin Manisa şəhərində biznes mərkəzində güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Manisanın Yunusemre rayonunda yerləşən müəssisədə naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə yanğınsöndürmə və polis qrupları göndərilib.

Yanğınsöndürənlər qısa müddətdə alovu nəzarət altına alıblar.

Şəbnəm Mehdizadə