Mask bu il rekord həddə vergi ödəyib


  • 17:02

İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödəyib.

E-huquq.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Bir il ərzində 10 milyard dollar vergi ödəmişəm. Bu, tarixdə hər kəsdən çoxdur”, - deyə Mask qeyd edib.

Maskın sözlərinə görə, o dünyasını dəyişəndən sonra əmlaka görə əlavə 40% vergi də tutulacaq. O hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq.

Mask bildirib ki, bir dəfə o qədər böyük məbləğdə vergi ödəyib ki, bu, ABŞ Vergi Xidmətinin kompüter sistemində nasazlığa səbəb olub: “Məlumatların emalı üçün proqram təminatını yeniləməli oldular”.

“Forbes” jurnalının mart ayında açıqladığı reytinqə əsasən, Mask ardıcıl ikinci ildir dünyanın ən varlı insanları siyahısına başçılıq edir. Nəşrin məlumatına görə, onun sərvəti 839 milyard dollar qiymətləndirilir ki, bu da ötənilki göstəricidən iki dəfədən çoxdur. İkinci və üçüncü yerləri “Google” şirkətinin həmtəsisçiləri Larry Page və Sergey Brin tutublar. Onların sərvəti müvafiq olaraq 257 milyard və 237 milyard dollar təşkil edir. Dördüncü pillədə isə “Amazon” şirkətinin qurucusu Jeff Bezos qərarlaşıb. Onun sərvəti 224 milyard dollar qiymətləndirilir.

Humay Eminqızı

Oxşar xəbərlər