- 17:34
ABŞ-də yanacağın qiymətləri rekord həddə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də neftin qiymətləri sürətlə artdıqca, benzinin qiymətləri də artıb.
Belə ki, benzinin qiyməti 1 qallon üçün 4,37 dollara, dizelin qiyməti isə 5,50 dollara yüksəlib.
Bu qiymət artımları nəticəsində amerikalılar martın 1-dən benzinə əvvəlki illə müqayisədə 23,9 milyard dollar çox xərcləyib.
Martın əvvəlində dünya neft tədarükünün 20 faizinin keçdiyi Hörmüz boğazından daşınmaların İranın tankerlərə hücumu qorxusu fonunda dayanması neft qiymətlərini yüksəldiib.
Şəbnəm Mehdizadə