Aİ süni intellekt üçün yüksək riskli sistem qaydalarını təxirə salır


  • 17:12

Avropa İttifaqı (Aİ) qurumları süni intellekt (AI) ilə bağlı qaydaların sadələşdirilməsi və yüksək riskli sistemlər üçün tətbiq tarixinin təxirə salınması üzrə razılığa gəliblər.

E-huquq.az xəbər xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurası açıqlama yayıb.

Üzv dövlətlər və Avropa Parlamentinin nümayəndələri ilə aparılan danışıqlarda rəqəmsal qanunvericilik bazasını sadələşdirmək və AI qaydalarının tətbiqini asanlaşdırmaq məqsədi ilə bir sıra dəyişikliklər qəbul olunub.

Buna əsasən, yüksək riskli süni intellekt sistemləri üçün qaydaların qüvvəyə minməsi 2026-cı ilin avqustundan 2027 və 2028-ci illərə qədər təxirə salınıb. Kiçik və orta sahibkarlıq üçün öhdəliklərin azaldılması və Süni İntellekt İdarəsinin səlahiyyətlərinin artırılması da nəzərdə tutulub.

Yeni qaydalar qadağanedici məzmun, o cümlədən qeyri-razılıq və uşaq istismarı materialı yaradan AI tətbiqlərinə şamil olunacaq. AI tərəfindən yaradılan məzmun üçün şəffaflıq tələblərinin tətbiqi müddəti də 6 aydan 3 aya endirilib.

Razılaşma üzv dövlətlər və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər